Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Media Mərkəzi

Hər kəs üçün açıq və sərfəli məkan

MMM-də QİYMƏTLƏR

1 saat üçün-100 AZN
Yarım gün üçün (4 saata qədər)-200 AZN
Bir gün üçün (8 saata qədər)-250 AZN.

Güzəşt siyasəti

Mingəçevir Media Mərkəzi ölkədə medianın inkişafı missiyasına sadiqdir. Ona görə də bizim missiyanıza uyğun media təşkilatlarının davamlı tədbirlərinə (il ərzində 20  gündən artıq müddətə tədbir keçirərsə) 25%-lik güzəşt tətbiq oluna bilər.

Yerli media təşkilatları maliyyə dəstəyi olmadan təşkil olunan tədbirlərinə görə ödənişlərdən azad edilə bilər.

Avadanlıq

Mingəçevir Media Mərkəzi sizə audiovizual abandlıqların geniş çeşidini təqdim edir.
İnteraktiv təqdimat ekranı
Onlayn videobaxış
Video çəkilişi
Sürətli və simsiz internet
Onlayn konfrans
Canlı yayım

Müraciətinizə əsasən tədbiriniz üçün texniki yardım da mümkündür.

Mingəçevirvir Media Mərkəzinin giriş qapısı

Jurnalistlər üçün iş məkanı

Mingəçevir Media Mərkəzi yeganə məkanlardandır ki, burada siz tədbirdə iştirak edə və bu barədə dərhal material hazırlaya bilərsiniz. Bunun üçün sadəcə qeydlərinizi götürüb, elə konfrans zalında  və kompyuteri işə salırsınız. Siz Media Mərkəzdə sürətli internet, müasir kompyuterlər və işiniz üçün lazım olan məlumatlar tapa bilərsiniz. Sizin öz noutbukunuzda rahat işləməyiniz üçün bizim ofisdə simsiz internet də mövcuddur.

Konfrans otağı

Konfrans otağı teatr tərtibatında 60 nəfər tuta bilir və mətbuat konfransları üçün çox əlverişlidir. Konfranslar və müxtəlif tədbirlər üçün digər tərtibatlar və formatlar da mümkündür.

Tədbir keçirmək istəyirsiniz? Bizə müraciət edin, qiymətlər, imkanlar və güzəştlər barədə maraqlanın.

Təlim otağı

Media Mərkəz sizə təlimlər üçün əlverişli məkan təklif edir. Tərtibatdan asılı olaraq təlim otağımız müxtəlif sayda iştirakçı tuta bilər..

Media kafe

Media kafe dincəlmək, yayda sərinləşdirici içki, qışda isti çay ya kofe içərək maraqlı söhbət etmək üçün əlverişli məkandır.

Biz sizə yüksək keyfiyyətli içkilər, kofe və çay təklif edirik.

Xidmətlərimiz

Mətbuat konfransları
Mingəçevir Media Mərkəzi mətbuat konfransları və digər media tədbirləri üçün layiqli məkan və xidmətlər təklif edir. Biz eyni zamanda mətbuatda işıqlandırma və mətbuatla əlaqələr də təklif edirik.

Xidmətlərimiz:
QHT nümayəndələrinin dəvəti
öncədən hazırlanmış siyahılar əsasında xüsusi qonaqların dəvəti
press reliz və fotoların hazırlanması
tədbirləriniz haqqında məqalələrin hazırlanması və yayımı
mətbuatla əlaqələr
texniki dəstək

Mətbuat konfransı keçirmək istəyirsiniz? Bizə müraciət edin.

Debatlar

Media Mərkəz sosial əhəmiyyətli mövzulara dair mütəmadi debatlar təşkil edir. Biz inanırıq ki, canlı, provokativ və intellektual müzakirələr ictimai rəyə müsbət təsir göstərir.

Biz insanları dinləməyə, sual verməyə və hətta ən qəliz məsələləri sorğuya tutmağa çağırırıq – lakin dözümlülük və anlayış göstərməyi də yaddan çıxarmamağı yada salırıq. Biz jurnalistləri, siyasətçiləri, ekspertləri və ictimaiyyəti belə debatlarda iştirak etməyə və öz rəylərini səsləndirməyə dəvət edirik.

Bizim debatlar ənənəvi Oksford üslübunda keçirilir – bir tərəf lehinə, digər tərəf əleyhinə çıxış edir. Spikerlərimiz məşhur media və düşüncə adamları, siyasətçilər, dövlət xadimləridir. Debatlarımız moderasiya olunur, lakin hamı üçün bərabər şəkildə öz fikrini səsləndirməyə imkanlar da yaradılır.

Debatlar üçün maraqlı ideyanız var? Bizə yazın.

Jurnalistika təlimləri

Mingəçevir Media Mərkəzi jurnalistlər və media idarəçiləri üçün kurslar və masterklasslar təşkil edir. Biz tələbata uyğun və media sektorundakı son yeniliklərlə üzləşən təlim kursları təşkil edirik.

Beynəlxalq təşkilatlar, yerli və xarici ekspertlərlə birlikdə biz aşağıdakı sahələr üzrə təlim kursları keçiririk:

Onlayn jurnalistika
İntervyu sənəti
Mənbələrlə iş
Sosial reportyorluq / xəbər jurnalistikası
Araşdırma jurnalistikası
Xəbərçilik
Təlimlərdə maraqlısınız? O zaman bizə müraciət edin.

Konsultasiya

Media Mərkəz sizin üçün mükəmməl PR strategiyası hazırlaya, mesajınızı hədəf auditoriyaya çatdıracaq üsullar təklif edə, istənilən böhran üçün həll yolları tapa bilər. Biz PR auditindən başlayaraq xırda detallara qədər sizə uyğun plan və strategiya seçirik.

Tərəfdaşlarımız

Mingəçevir Media Mərkəzinin fəaliyyəti onun missiyası ilə ziddiyyət təşkil etməyən bütün təşkilatlarla əməkdaşlığa həmişə açıqdır. Biz düşünürük ki, cəmiyyətimizin, xüsusən də media və kommunikasiya sahəsində ehtiyaclarını bir təşkilat heç vaxt təkbaşına qarşılaya bilməz.

Bizim qaydalar

  1. Məsuliyyətdən imtina

Mingəçevir Media Mərkəzi Mərkəzdə səslənən fikirlərə görə heç bir məsuliyyət daşımır və üzərinə öhdəlik götürmür.  Mərkəzdə təşkil olunan mətbuat konfranslarında Azərbaycan qanunvericiliyinə əməl edilməlidir.  Misal üçün, tədbirlərdə zorakılığa və ya qeyri-qanuni fəaliyyətə çağırış edilməsi qadağandır.

  1. Kimlər Media Mərkəzində tədbir təşkil edə bilər?

Hər kəs. Mingəçevir Media Mərkəzində nazirliklər, parlament üzvləri, yerli hakimiyyət orqanları, səfirliklər, beynəlxalq təşkilatlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, özəl şirkətlər, fiziki şəxslər və s. Bu tədbirlərin media nümayəndələri üçün açıq olması şərtdir.

  1. Tədbir iştirakçılarının siyahısını əvvəlcədən müəyyənləşdirmək olarmı?

Siz öz tədbrinizə arzuladığınız şəxsləri dəvət etmək barədə azadsınız. Lakin, açıqlıq və şəffaflıq mühitinin qorunması üçün media tədbirləri,/mətbuat konfransları bütün jurnalistlərin iştirakı  üçün açıq olmalıdır. Bu o deməkdir ki, keçiriləcək tədbirlər əvvəlcədən bizim internet saytında elan olunacaq və tədbir haqqında informasiya bizim bazamızda qeydiyyatdan keçmiş jurnalistlərə göndəriləcək.

Əlbəttə, sizin tədbirinizdə kimin iştirak etdiyini bilmək arzunuzu başa düşərək Mərkəzin əməkdşaları tədbir məkanına daxil olarkən jurnalistlərdən qeydiyyatdan keçmələrini, öz adlarını və çalışdıqları mətbuat orqanının adını təqdim etmələrini xahiş edəcək.

  1. Hər hansı istisna hallar ola bilər?

Təhlükəsizliyin təmin olunması üçün qonaqlar bizdən tədbir iştirakçılarının tədbirdən əvvəl qeydiyyatdan keçməsini tələb edə bilərlər.

  1. Məkəzdə debatlar təşkil etmək olarmı?

Biz debat və müzakirə etmək mədəniyyətinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz Media Mərkəzində tərəfimizdən müntəzəm olaraq debatlar təşkil edilməsini vacib hesab edirik. Ancaq tək bu işin öhdəsindən gələ bilmərik. Ona görə də Media Mərkəzi debat təşkil etmək istəyənlər üçün də açıqdır.

  1. Bəs dəyirmi masa görüşlərinin keçirilməsi qaydaları debatlar üçün tətbiq olunan qaydalarla eynidirmi?

Dəyirmi masa görüşləri debatlardan fərqlidir. Debatlar ictimaiyyətin və medianın tədbiri olduğu halda, dəyirmi masa müzakirələrinin iştirakçıları ancaq dəvət olunur  və daha çox “daxili” səciyyə daşıyan tədbirlər hesab edilir.  Buna görə də biz dəyirmi masalar üçün fərqli qaydalar tətbiq edirik. Bu haqda növbəti bəndə bax.

  1. Mərkəzdə daxili görüşlər keçirmək olarmı?

Əlbəttə, Media Mərkəzində həmçinin daxili tədbirlər – idarə heyətinin müzakirələri, qeyri-hökumət təşkilatlarının strategiyasının müəyyənləşdirilməsi iclasları, layihələrin gedişinin müzakirələri, məhsulların təqdimatları və s. kimi tədbirlər keçirmək olar. Biz belə tədbirlərə jurnalistləri dəvət etməyəcəyik və bu  tədbirlər “qapalı” hesab ediləcək və tədbirdə yalnız dəvətnamə ilə iştirak etmək mümkün olacaq.

Şəffaflıq prinsipini əsas tutduğumuz üçün bizim belə “qapalı” görüşlər üçün bir vacib şərtimiz var: Bu görüşlər qeyri-siyasi səciyyə daşımalıdır və bizim qarşımıza qoyduğumuz vəzifələrə zidd olmamalıdır.

Bizimlə tanış olun

Komandamız

Fərman Nəbiyev, Media Mərkəzin rəhbəri

Yeganə Nəbiyeva, Layihələr üzrə əlaqələndirici

Ünvan

Rəsul Rza küçəsi, 23, Mingəçevir, Azərbaycan

Mobil: +9940703759986

E-mail: farman.nabiyev@gmail.com

Mingəçevir Media Mərkəzi .

 

 

 

 

Şərhlər bağlıdır.