MaraqlıYeni xəbərlər

Lerik Uzunömürlülər Muzeyi

Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir.

Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər.Hazırda rayonun Bilabənd kəndində bəzi uzunömürlülər var ki, bu günədək yaşayır. Onlara Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-cu ildə anadan olub,sağdır) kimi şəxsləri misal göstrəmək olar.

Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan xarici qonaqlar təşrif buyurur.

Mənbə

Daha çox

Oxşar yazılar

Close