MDU-da yaz imtahan sessiyasına başlandı
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun səviyyədə keçirilməsi məqsədilə professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllim və nəzarətçilər qarşısında ciddi tələblər qoyub, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Pedaqoji heyəti maraqlandıran suallara, məsələlərə də aydınlıq gətirilib. Qeyd olunub ki, imtahanların keçirilməsi zamanı mütəmadi müəyyən taktiki addımlar atılacaq ki, bu da şəffaflığın və ictimai nəzarətin təmin edilməsinə, valideynlərin imtahanları izləməsinə şərait yaradacaq. Tələbələr arasında imtahanların kedişi barədə anonim sorğular aparılacaq. Eyni zamanda imtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq məqsədilə Appelyasiya Komissiyası yaradılıb. Şikayətçilərin rəhbərliklə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt” də təşkil olunacaq.
İmtahan sessiyası iyulun 4-də başa çatacaq.
Şərhlər bağlıdır.