Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı sakinlərlə səyyar görüş keçirib

İyunun 8-də  Mingəçevir şəhərində, Nizami küçəsindəki 12 və  10/37, Nərimanov prospektindəki  41 saylı binaların sakinləri ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səyyar görüş keçirib. Başçı yerli əhalinin problemləri ilə yaxından tanış olub və onların  aradan qaldırılması üçün aidiyyatı orqanlara tapşırıqlarını verib.

Görüşdə  şəhərdə davam etdirilən quruculuq işlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki,bir neçə məktəbin əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sakinlər abadlıq işlərinin daha da sürətləndirilməsi, bəzi yaşayış binalarının dam örtüklərinin  təmiri, su-kanalizasiya xətlərinin çəkilməsindən sonra yolların asfaltlanması, binaların zirzəmilərinin və girişlərinin təmiri və  digər məsələlərlə bağlı təkliflərini irəli sürüblər.

Şərhlər bağlıdır.