Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da magistrantların IV elmi-nəzəri konfransının bölmə iclasları

222

2022-ci ilin 29 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların “Elm günü”nə həsr olunmuş IV elmi-nəzəri konfransının “Təhsil və humanitar elmlər”, “Təbiət və texnika elmləri”, “İqtisadiyyat elmləri və idarəetmə” bölmələri üzrə iclasları keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclaslarında universitetin magistrantlarının məruzələri dinlənilib.

“Təhsil və humanitar elmlər” bölməsinin iclasında MDU-nun Təhsil fakültəsinin magistrantlarından Aybəniz Əliyeva “Fonetik qaydalariın öyrənilməsi şagirdlərdə nitq mədəniyyətini formalaşdırmağın vasitəsi kimi”, Azadə Kərimova “İdiom anlayışı və onun işlənmə yeri”, Rüstəm Rəsulov “Çevrilmiş məsələlər V-VI sinif şagirdlərinin təfəkkür çevikliyinin inkişaf etdirilməsi vasitəsi kimi”, Könül Məmmədova “İbtidai sinif şagirdlərinin estetik tərbiyəsinin formalaşmasında məktəbin rolu”, Lalə Məmmədova “Sonlu ölçülü vektor fəzaları” və Ülviyyə Məmmədova “Xarici dil bilmənin zəruriliyi və ingilis dilinin tədrisində informasiya kommunikasiya texnologiyasının tətbiqi” mövzusunda məruzələrini təqdim ediblər.

“İqtisadiyyat elmləri və idarəetmə” bölməsinin iclasında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin magistrantlarından İlham İlyasov “Dövlət peşə təhsili müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğulolma imkanları və mövcud problemlər”, Firuzə Hüseynova “Azərbaycanın müasir əmək bazarının bəzi xüsusiyyətləri”, Samir Paşayev “Günəş enerjisinin iqtisadi potensialının qiymətləndirilməsi”, Çingiz Çingizzadə “Mаliууə еhtiуаtlаrının fоrmаlаşdırılmаsının iqtisadi əsasları”, Bəşər Nəcəfov “Azərbaycanda pandemiya dövründə rəqəmsal iqtisadiyyatın mövcud vəziyyəti və postpandemiya dövründə onun inkişaf etdirilməsinin əsas istiqamətləri”, Fərid Əhmədli “Marketinqin müasir rəqəmsal mühitində zərurət prinsipləri” mövzusunda çıxış ediblər

“Təbiət və texnika elmləri” bölməsinin iclasında Mühəndislik fakültəsinin magistrantlarından Sabir Əliyev “Qara enerji”dən “yaşıl enerji”yə keçid”, Aynurə Məmmədova “Genetik alqoritmlərin təkamülü”, Rəvan Əliyev “Yeni nəsil P127, P446, P645 relelərinin xarakterik xüsusiyyətləri və tətbiq yerləri”, Habil İsmayılzadə “Ekspertizanın təyin edilməsi haqqında qərar”, Lalə Həsənova “İstilik elektrik stansiyalarından atmosferə atılan zərərli tullantılar”, Səma Kərimli “Su hövzələrində gedən fiziki-kimyəvi proseslər və çirkab sularının atılması şərtləri” mövzusunda məruzələrini diqqətə çatdırıblar.

Maraqla dinlənilən məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da akademik heyət üzvləri, tələbə və magistrantların iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.