Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəblilər Şəhidlər Xiyabanında

Mingəçevirdəki 19 saylı tam orta məktəbin 5c sinif şagirdləri Zəfər Günü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar məzarların üzərinə gül dəstəsi qoyub, şəhidlərin xatirəsinə şeirlər söyləyiblər.

Şagirdlərdən Fidan Əhmədli, Elmir Məmmədli, Xədicə Musayeva, Tunar Alıcanlı, Aynur Feyzullayeva və Aysu bacıları, Yusif Cavarlı, İntiqam Musazadə, Nigar İsrafilova, Fərid Rəcəbli, Ayşən Əşrəfova, Turan Mustafayev öz çıxışlarını Böyük Zəfərə, şəhidlərimizin əziz xatirəsinə həsr ediblər. Şagirdlər həmin gün Şəhidlər Xiyabanında 44 günlük Vətən Müharibəsi qaziləri Teymur Məmmədov və Vüsal Həsənov ilə görüşüb, onların döyüş yolu ilə tanış olublar. Məktəblilər onları şanlı zəfər münasibətilə təbrik ediblər. Sonda qazilərimizlə xatirə şəkilləri çəkilib.

Şəhidlərin xatirə muzeyini ziyarət edən şagirdlərə muzeyin bələdçisi Mətanət İsmayılova ətraflı məlumat verib, onların şəxsi əşyaları və orada qorunan eksponatlar barədə danışıb. Sonda şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Mehparə Şükürova

 

Şərhlər bağlıdır.