Elm və təhsilMDU

MDU-da Məzun Günü qeyd edildi

29-da iyunun 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetində “Məzun günü” qeyd edildi. Məkanı açıq hava olası tədbirə şiddətli külək mane olsada, tez bir zamanda məkan İdman-Sağlamlıq Kompleksi ilə əvəz edildi.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru Akif Hacıyev açaraq tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Rektor çıxışında Ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev hər zaman elm, təhsil sahəsinə diqqət və qayğı göstərir. Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycan təhsili dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun yol ilə irəliləyir. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində təhsil sahəsində ölkəmiz dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcəkdir. Şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Mingəçevir Dövlət Universiteti də hər zaman olduğu kimi, ölkəmizin inkişafına əzmlə xidmət göstərir. Universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının inkişafı, təhsilin və nizam-intizam səviyyəsinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi, o cümlədən, əməkdaşlarımızın maddi rifah halının yaxşıladırılması istiqamətində uğurlu işlər həyata keçirilir. Mingəçevir Dövlət Universiteti bir çox beynəlxalq layihələrə imza ataraq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmış, mükəmməl ali təhsil müəssisə modelini yaratmışdır.
Rektor, universitetin 2018-2019-cu tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirdi ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə yüzlərlə gənc öz ali təhsilini başa vurub. Rektor  məzunlara ən xoş arzularını çatdırdı.

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli, Mühəndislik fakültəsinin dekanı Vüqar Mustafayev, Tərbiyə işləri üzrə prorektor Rövşən Əliyev məzunları təbrik etdi, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və  Azərbaycanın gələcəyi naminə çalışmağı tövsiyə etdi.

Məzunlar adından İ15.2 saylı qrupun tələbəsi, bakalavr Pərvanə Mehdizadə və EMM17 saylı qrupun magistri Gülmirə Məmmədova ürək sözlərini soyləyərək həm sevinc içində olduqlarını, həm də kədər hissi keçirdiklərini bildirdilər.  Yaradılmış şəraitə görə universitetin rektoru Akif Hacıyevə və valideynlərə minnətdarlıqlarını bildirmiş, harada fəaliyyət göstərəcələrindən asılı olmayaraq, doğma ali təhsil ocağının və üzərlərində əməyi olan müəllimlərin adlarını daim uca tutacaqlarını vurğuladılar.

Çıxışlardan sonra təhsildə və universitetin ictimai həyatında fərqlənmiş məzunlara  Fəxri Fərmanlar təqdim edildi.

Tədbir möhtəşəm musiqi proqramı ilə davam etdi.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close