Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da futbol üzrə birincilik başa çatıb

Mingəçevir Dövlət Universitetinin Dövlət Müstəqilliyi gününə həsr etdiyi futbol üzrə kurslararası universitet birinciliyi başa çatıb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər Stadionunda baş tutan birincilikdə 6 komanda mübarizə aparıb. Oyunlar olimpiya sistemi üzrə keçirilib. Finalda İqtisadiyyat və idarəetmə fakültəsinin iki komandasının tələbələri qarşılaşıblar. Nəticədə III kurs tələbələri 5:3 hesabı ilə II kurs tələbələri üzərində qalib gəliblər. 3-cü yerə həmin fakültənin IV kurs tələbələri sahib çıxıblar. Mühəndislik və Pedaqoji fakültənin tələbələri isə birincilikdə zəif nəticə göstəriblər.

Qaliblər Kubok və Fəxri Fərmanla təltif olnublar.

Komandaları yarışa universitetin idman-sağlamlıq kompleksinin direktoru Fərman Məmmədov hazırlayıb. Oyunları hakim Elnur İsmayılov idarə edib.

Şərhlər bağlıdır.