MDUMingəçevirTəqvim

MDU-da Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı növbəti tədbir tələbə və magistrantların iştirakı ilə baş tutub

İlin əvvəlindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Növbəti tədbir isə dekabrın 7-də isə tələbə və magistrantların iştirakı ilə baş tutub.

Konfransı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, ali təhsil ocaqları açıb, Azərbaycan dilini dövlət dili elan edib, ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib.
Sonra Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova konfransın işini aparıb. Plenar iclasda tələbələrdən Arzu Şahkərimova “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi zərurət kimi”, Aygül Kərimli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət aspektləri və beynəlxalq münasibətlər”, Xədicə Abdullayeva “Şanlı tariximizdən gələn müstəqillik ənənələri”, Xəyal Xəlilov “Azərbaycan Milli ordusunun yaranması və onun tarixi əhəmiyyəti”, Gülnaz Qarayeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat”, Kəmalə Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda parlamentarizm tarixinin başlanması”, Əsgərxan İbrahimov “Müasir Azərbaycan gəncliyi müstəqilliyimizin qarantıdır”,  magistrantlardan Svetlana Nəsibli “Cümhuriyyət dövrünün poeziyası” və  Könül Mustafayeva “Hüseyn Cavid yaradıcılığında cümhuriyyət ideyaları” mövzularında məruzə ediblər. Məruzələrin universitetin müəllimləri Nizami Zeynalov, Esmira Cəfərova, İlham Məmmədov, Namaz Manafov, Nüşabə Qədimli, Mətanət Yusifova, Günel Yunusova və Flora Namazovanın rəhbərliyi altında hazırlandığı da bildirilib.

Konfransa yekun vuran rektor Akif Hacıyev tələbə və magistarntlara və onların elmi rəhbərlərinə məzmunlu çıxışlarına, maraqlı tarixi faktlara söykənən informasiyalara görə təşəkkürünü bildirib, məruzəçilərə sertifikatlar təqdim edib.
Konfransın plenar iclasından sonra bölmə iclasları keçirilib.

Tag
Daha çox

Oxşar yazılar

Close