Maliyyə Nazirliyinə online hesabatı necə vermək olar?
Maliyyə Nazirliyinə online hesabatların verilməsi ilə bağlı yeni yaradılan proqramdan istifadə qaydaları barədə növbəti məlumatlandırma sessiyası Mingəçevir Regional QHT-lərin Resurs Mərkəzində baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən sessiyada Mingəçevirlə bərabər ətraf bölgələrdə fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər. Şura Katibliyinin aparıcı məsləhətçisi Amid Mirzəyev və məsləhətçi Toğrul Turabov QHT-lərə Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarını elektron qaydada təqdim etmək yollarını əyani şəkildə başa salıblar. Belə ki, kod və parol alınması, hesabatın tərtib edilməsi və göndərilməsi qaydaları ətraflı izah edilib. Elə sessiya zamanı “Çiçək” Arıçıların İctimai Birliyinin kod və parolu əldə edilib, hesabatı tərtib edilib və göndərilib.
Şərhlər bağlıdır.