Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mənim gəncliyim, mənim gələcəyim”

“Mingəçevir işıqları” qəzetinə verilən məlumata görə, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Mənim gəncliyim, mənim gələcəyim” layihəsinin təlimlərinə start verib. Təlimin ilk günü Mingəçevirin 3 və 10 saylı orta məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə  həyata keçirilib.

Təlimlər kollec tələbələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutacaq.  Layihənin məqsədi isə gənclər siyasəti sahəsində qəbul edilmiş qanunlardan gənclərin necə yararlanmasını müəyyən etmək, onların bu sahədə biliyini artırmaq, azərbaycançılıq ideyasının cəmiyyətdə, ələlxüsus gənclər arasında təbliğinə yardımçı olmaq, ölkədə tolerantlığın aparıcı xətt olduğunu dünyaya nümayiş etdirməkdir. Eyni zamanda region gənclərini pis vərdişlərdən və radikal meyillərdən çəkindirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, gənc istedadları üzə çıxarmaq  və onların təşəbbüslərinə dəstək olmaq  layihənin diqqət çəkən məqamlarındandır.

Şərhlər bağlıdır.