Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məhsul bazarı

147

2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində cəmi istehlak malları satışının 64,7 faizi və ya 189799,6 min manatı ərzaq malları, 35,3 faizi və ya     103478,7 min manatı isə qeyri ərzaq mallarının payına düşmüşdür. Cari ilin yanvar-sentyabr ayları ərzində əsas fəaliyyəti pərakəndə ticarət olan şəbəkələrdən 68577,4 min manatlıq əmtəə satılmışdır ki, bu da keçən ilin müvafiq dövründən 22779,8 min manat və ya 49,7 faiz çoxdur. Digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) üzrə satışın məbləği 6829,9 min manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  96,0 faiz və ya 3344,6 min manat çoxdur. Bazar və yarmarkalarda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən satılmış malların məbləği 150878,4 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz və ya 6085,2 min manat çoxdur, hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar tərəfindən satılmış malların məbləği isə 66992,6 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz və ya           14064,3 min manat azdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkələrində cəmi istehlak mallarının satışının 23,38 faizi ticarət təşkilatlarının, 51,45 faizi bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin, 22,84 faizi hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların və   2,33 faizi isə digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) payına düşmüşdür.

2021-ci ilin yanvar-sentyabr aylarında şəhər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin 0,02 faizi dövlət və 99,98 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür.

İctimai iaşə xidmətləri

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi 3327,7 min manat, xüsusi çəkisi isə 0,99 faiz təşkil etmişdir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə fiziki şəxslər də daxil olmaqla əhaliyə 3327,7 min manatlıq ictimai iaşə xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 539,0 min manat və ya 19,3 faiz çoxdur.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətlərinin dövriyyəsi 177,7 min manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz və ya 66,0 min manat azdır.

Hüquqi şəxslər üzrə ictimai iaşə xidmətləri dövriyyəsinin 4,4 min manatı və ya               2,5 faizi dövlət mülkiyyətli müəssisələrin hesabınadır.

Diaqramdan göründüyü kimi, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə xidmətləri dövriyyəsinin həcmində fiziki şəxslərin xüsusi çəkisi 94,66 faiz, “İri və orta müəssisələr”in xüsusi çəkisi 5,20 faiz, digər sahələrin kiçik müəssisələrinin xüsusi çəkisi isə 0,14 faiz təşkil etmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlər

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərin istehlak bazarında cəmi istehlak mallarının satışının ümumi həcmində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi          39976,6 min manat, xüsusi çəkisi isə 11,9 faiz təşkil etmişdir.

Şəhər əhalisinə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 39976,6 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3482,5 min manat və ya 9,5 faiz çoxdur. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətin          5608,5 min manatı və ya 14,0 faizini məişət xidmətləri təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 398,5 min manat və ya 7,6 faiz çoxdur.

Əhaliyə göstərilən ödənişli xidmət və məişət xidmətinin 2021-ci ilin yanvar-sentyabr aylarının 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisəsini qrafikdən görmək olar.

Cari ilin yanvar-sentyabr aylarında göstərilmiş ödənişli xidmətlərin 35,7 faizi hüquqi şəxslərin hesabına formalaşmışdır.

 

Şərhlər bağlıdır.