Mingəçevir Şəhər Statistika İdarəsi

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Mingəçevir şəhərinin tikinti sektorunun əsas göstəriciləri

9 ay ərzində 5164,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 960,2 min manatı və ya 18,6 faizi dövlət, 4204,4 min manatı və ya 81,4 faizi isə qeyri-dövlət sektorunun payına düşür

2021-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 208 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 84 ev və ya 67,7 faiz çoxdur. 2021-ci ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 27060,8 kv. metr, yaşayış sahəsi isə 12897,8 kv. metrdir. 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 51,4 faiz və ya 9188,2 kv. metr, yaşayış sahəsi isə 49,9 faiz və ya 4291,9 kv. metr çoxdur. 2021-ci ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 4160,5 min manatdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyərindən 1324,9 min manat və ya 46,7 faiz çoxdur.

Diaqramda 2021-ci ilin yanvar-sentyabr ayları əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri əvvəlki illərin müvafiq dövrü ilə müqayisəsi verilmişdir.

2021-ci ilin yanvar-sentyabr aylarında 5164,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 960,2 min manatı və ya 18,6 faizi dövlət, 4204,4 min manatı və ya 81,4 faizi isə qeyri-dövlət sektorunun payına düşür.

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə əsas kapitala cəmi 11124,8 min manat investisiya yönəldilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,3 faiz azdır. Cəmi investisiyanın 4820,4 min manatı və ya 43,3 faizi dövlət, 6304,4 min manatı və ya       56,7 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.

2021-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 10383,4 min manat investisiya qoyulmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,2 faiz azdır.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş investisiyaların və ondan tikinti-quraşdırma işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsini qrafikdən görmək olar.

2021-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 6313,7 min manat olmuşdur ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3291,0 min manat və ya 34,3 faiz azdır. 2021-ci ilin yanvar-sentyabr aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 33,7 faizi və ya 2128.5 min manatı dövlət mülkiyyətində, 66,3 faizi və ya 4185.2 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 283,1 min manatı və ya 4,5 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi 948,0 min manatı və ya 15,0 faizi əsaslı təmir işləri, 4757,9 min manatı və ya 75,4 faizi cari təmir işləri, 324,7 min manatı və ya             5,1 faizi isə sair işlərdir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker