Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərin sənayenin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir.

Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, tikinti materiallarının istehsalı sahələri təşkil edir.

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natural ifadəsində) həcmi keçən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indekslərinin hesablanması yolu ilə alınmış ümumi indeksi tətbiq edildikdən sonra artım tempi 113,1 faiz təşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində fəaliyyətdə olan topdansatış qiymətlərində 258243,8 min manatlıq məhsul istehsal edilmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında istehsalın 239560,0 min manatı və ya 92,8 faizi dövlət sektoru müəssisələrinin payına düşmüşdür.

  Faktiki qiymətlərlə malların istehsalı və xidmətlərin göstərilməsi 2021-ci ilin yanvar-sentyabr aylarında

cəmi

yüklənmiş malların

həcmi,

min manatla

2021-ci ilin  01 oktyabr vəziyyətinə hazır məhsulun qalıqları,

min manatla

2021-ci ilin yanvar-sentyabr aylarında,

min manatla

2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən, %-lə
Mədənçıxarma sənayesi 0,0 0,0 0,0 0,0
Emal sənayesi 18686,3 75,9 19154,7 813,5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 236102,6 125,0 236133,7 0,0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 3454,9 83,2 3454,9 0,0

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə istehsal edilmiş sənaye məhsulunun 234528,0 min manatı və ya 90,8 faizi elektrik enerjisinin istehsalı, onun ötürülməsi və bölüşdürülməsinin payına düşmüşdür. Belə ki, hesabat dövründə 4521,3 milyon kVt. saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,2 faiz və ya 181,1 milyon kVt. saat çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında şəhərdə 13,0 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz və ya 4,3 min Qkal azdır.

Sifarişçilərə 2021-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrinin özünün istehsalı olan və əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 258743,3 min manatlıq məhsul göndərilmişdir.

2021-ci il oktyabr ayının 1-i vəziyyətinə təşkilati hüquqi formasından asılı olmayaraq  sənaye müəssisələrinin anbarlarında 813,5 min manatlıq məhsulların qalığı mövcud olmuşdur ki, bu da 2020-ci il oktyabr ayının 1-i vəziyyəti ilə müqayisədə 59,4 faiz və ya 1191,9 min manat azdır. Hazır məhsul qalığının hamısı emal sənayesinin müəssisələrində olmuşdur.

 

Şərhlər bağlıdır.