Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı

232

İlkin hesablamalara görə 2021-ci ilin yanvar-sentyabr aylarında şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 483,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 539,0 manat, özəl müəssisələrdə isə 402,4 manat olmuşdur.

2021-ci ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

İqtisadi fəaliyyət növləri Cəmi o cümlədən
dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi 483,5 539,0 402,4
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 447,6 449,9 405,6
Mədənçıxarma sənayesi 0,0 0,0 0,0
Emal sənayesi 428,4 393,5 429,9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 699,2 699,2 0,0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 354,0 354,0 0,0
Tikinti 445,3 480,2 380,4
Ticarət; nəqliyyat vasitələrinin təmiri 379,2 151,1 379,4
Nəqliyyat və anbar təsərrüfatı 286,7 286,2 288,9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 243,1 119,0 245,8
İnformasiya və rabitə 470,5 479,0 187,3
Maliyyə və sığorta fəaliyyəti 1370,6 1125,3 1398,3
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 309,5 311,8 287,5
Peşə, elmi və texniki fəaliyyət 461,0 478,1 447,6
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 352,5 351,3 500,0
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat 710,3 740,9 376,2
Təhsil 524,4 525,8 216,0
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 569,0 594,1 241,0
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 429,5 431,1 327,8
Digər sahələrdə xidmətlərin göstərilməsi 429,1 0,0 429,1

Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və təhsil sahələrində orta aylıq nominal əməkhaqqı şəhər üzrə orta göstəricidən yüksək olmuşdur.

Şərhlər bağlıdır.