Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Məhdudiyyət istedada əngəl deyil” mövzusunda onlayn müzakirə aparılıb

UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində bir müddətdir ki, maraqlı təşəbbüs həyata keçirilir. Məqsəd Mingəçevirdə yaşayan və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların istedadlarını üzə çıxarıb, ictimaiyyətə təqdim etməkdir.

İyulun 26-da “Məhdudiyyət istedada əngəl deyil” adlı onlayn müzakirə zamanı bu haqda ətraflı bəhs olunub. Tədbir iştirakçıları Mingəçevirdə, eləcə də respublikamızın digər şəhər və rayonlarında yaşayan əlilliyi oan şəxslərin qarşılaşdıqları çətinliklərlə bağlı fikir mübadiləsi aparıblar. Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin rəhbəri Aydın Xəlilov, uzun illər əlilliyi olan uşaqlarla çalışan Elnarə Səmədova, Bərdədən QHT fəalı Namaz Kərimov  və başqaları gənclərə əlilliyi dərk etmələri üçün məsləhətlər veriblər.

Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi.

Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.

Şərhlər bağlıdır.