Məhəllələrarası futbol və şahmat yarışlarının qalibləri mükafatlandırılıb
Oktyabrın 2-də 5 saylı MİS-in ərazisində yerləşən stadionda mini-futbol üzrə məhəllələrarası yarışın finalı keçirilib. Oyun başa çatandan sonra hər iki komandanın üzvlərinə fəxri fərman və hədiyyələr, qalibə isə kubok təqdim olunub. Eyni zamanda məhəllələrarası şahmat birinciliyinin qalibləri də mükafatlandırılıb.
Mərasimə qatılan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaq və gəncləri təbrik edib, onların sağlam həyat tərzi keçirmələrindən məmnun olduğunu bildirib.
Yarışlar Mingəçevir şəhər Gənclər və İdman İdarəsi ilə mənzil istismar sahələrinin təşkilatçılığı ilə baş tutub.
Şərhlər bağlıdır.