Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Altı uşaq məktəbə gedə bilmir

Mingəçevirdə məskunlaşmış məcbui köçkün ailəsinin 6 az yaşlı övladı imkansızlıq üzündən təhsilini davam etdirə bilmir. Ailə  şəraitsiz fermada dözülməz vəziyyətdə yaşayır. Ailənin məskunlaşdığı ərazi nəinki məktəbə, hətta xəstəxana və bazara da çox  uzaqdır. Həmin ərazidə içməli su da tapılmır. Ailənin başçısı Nizami Allahverdiyev övladlarını atdıqdan sonra uşaqlarının qayğısını ana ilə bərabər 72 yaşlı Gülgəz nənə çəkir: “Oğlumun 6 övladı var. İşsizlik, şəraitsizlik ailəsinin dağılmasına səbəb oldu. Gəlin əvvələr fermada sağınçı işləyirdi. Ferma dağıldığından o da işsiz qaldı. Özüm Yevlax rayonunda yaşayıram. Bir qolum da yoxdur. Yevlaxdan gəlib bu yetimlərə baxıram. Uşaqlar oxuduğu Kəlbəcər qaçqın məktəbi qaldığımız ərazidən 4 km aralıdadır. Yol uzaq olduğuna görə məktəbə gedə bilmirlər. Dəfələrlə quduz itlərin hücumuna məruz qalıblar. Böyüyümüz 11-i sinifdə oxuyur, kiçiyimiz 2-cidə. Lap balacamız bu il 5 yaşlı qrupu getməlidir. Uşaqları əvvəlcə Yevlax rayonunun Tanırqullar kəndindəki məktəbə qoymuşdum. Amma indi yol puluna görə ora da göndərə bilmirəm. Məktəbə yaxın ev tikmək üçün dəfələrlə Qacqınkoma müraciət etmişik. Lakin müraciətimiz cavabsız qalıb. Mən Mehriban Əliyevaya da məktub göndərmişəm. Mehriban xanım bilsə ki, bu gün bir ailədə 6 uşaq təhsilsiz böyüyür, bizə kömək edəcək”.

Balaca  Xədicə də oxumaq istədiyini dedi: Onun arzusu həkim olmaqdır.

Şərhlər bağlıdır.