Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mənzil Təsəsrrüfatı və Abadlaşdırma Müəssisəsinə yeni qurğu verildi

Qurğu 23 metr yüksəkliyədək məsafədə işləməyə imkan verir

Yanvar ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında Çin istehsalı olan kommunal təyinatlı yeni texniki avadanlıq ictimaiyyət nümayəndələrinə təqdimat olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, son 3 il ərzində büdcədənkənar vəsat hesabına şəhərin kommunal xidmət müəssisələrinə 10-a yaxın yeni qurğu alınıb: “23 metr yüksəkliyədək məsafədə işləməyə imkan verən bu qurğu beşmərtəbəli yaşayış binalarının və dam örtüklərinin təmirində, həmçinin novların təmizlənməsində işçilərimizin köməyinə çatacaq. Onu Mənzil Təsəsrrüfatı və Abadlaşdırma Müəssisəsinin balansına veririk. Gələcəkdə yeni maşın və mexanizmlərin də alınması nəzərdə tutulub”.

Bundan sonra texniki qurğu işə salınıb və toplaşanlar onun iş qabiliyyəti ilə tanış olublar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.