Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mərkəzi Aran Regional Təhsil İdarəsində Dövlət qulluqçularının 1 illik hesabatları dinlənilməyə başlanılıb

Mayın 29-dan Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan yerli qurumlarda inzibati vəzifə tutan və icraçı vəzifələrdə çalışan dövlət qulluqçularının hesabatlarının dinlənilməsinə başlanılıb.
Keçirilən görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmələrin rəhbər və əməkdaşları iştirak edib.
Hesabatlarda dövlət qulluqçularının 1 il ərzindəki ümumi fəaliyyəti, vətəndaş məmnunluğunun artırılması, nəzəri və praktiki biliklərinin qulluq funksiyalarının icrası zamanı düzgün tətbiqi, eyni zamanda şəhər və rayonlarda dövlət təhsil siyasətinin həyata keçirilməsi və təhsil qanunvericiliyinin icrası istiqamətində gördükləri işlərdən danışılır.
Dövlət qulluqçularının hesabatlarının dinlənilməsində məqsəd dövlət qulluqçusunun cari il ərzində vəzifəsinin öhdəsindən gəlməsini və tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən, güclü və zəif cəhətlərini, həmçinin inkişafı üçün mövcud potensialını aşkara çıxarmaq və gələcək inkişafını, təlimə olan tələbatlarını müəyyən etməkdən, dövlət qulluqçusunun, onun qulluq keçdiyi dövlət orqanı və onun struktur bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir.
Qeyd edək ki, dövlət qulluqçularının hesabatlarının dinlənilməsi 31 may 2024-cü il tarixinədək davam edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.