Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mərkəzi Aran Regional Təhsil İdarəsi MARTİ bir qrup media nümayəndələri ilə görüş keçirib

55

Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumunu təmsil edən jurnalistlər iştirak edib.

Təhsil İdarəsinin müdiri Elçin Kərimov ilk olaraq Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan bu günə qədər görülmüş işlər barədə məlumat verib və qarşıda duran hədəfləri diqqətə çatdırıb. İdarə müdiri regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələləri vurğulayıb. Həmçinin Elçin Kərimov bölgədə çalışan media nümayəndələri ilə effektiv kommunikasiyanın qurulması və inkişaf etdirilməsini bildirib.

Sonra media nümayəndələrinin təhsillə bağlı sualları cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.

Sonda media nümayəndələri ilə birgə Təhsil İdarəsində vətəndaşların məmnunluğunun təmin edilməsi məqsədilə yaradılan Çağrı Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə baxış keçirilib və xatirə şəkli çəkdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.