Bizimlə həyatınız həmişə işıqlı olacaq!

l Vitse-Prezidentlik institutunun yaradılması çevik idarəçilik sistemi deməkdir

Azərbaycançılıq İdealogiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

298

2016-cı ilin sentyabrın 16-da prezident İlham Əliyevin təşəbbüsü ilə l vitse-prezidentlik institutu yaradıldı. Bu o demək idi ki, idarəetmədə çeviklik və səmərəlilik artmış oldu. Bu vəzifəyə prezidentin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın təyin olunması Azərbaycan dövlətçiliyi tarixinin mühüm hadisəsi idi. Həmin vaxt Mehriban Əliyeva Təhlükəsizlik Şurasının iclasındakı ilk çıxışında demişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq, insan öz yolunu peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban bir ana olan Mehriban xanım Əliyeva həmişə cəmiyyətin içində olmağı, ehtiyyacı olanlara kömək etməyi özünün ali vəzifəsi hesab edir. Azərbaycan mədəniyyətini bütün dünyaya göstərmək kimi ülvi bir işi həmişə uğurla həyata keçirir.

İstər təhsil, istər səhiyyə sahəsindəki uğurlar l vitse prezident Mehriban xanım Əliyevanın gündəlik iş prinsipidir.

İdmanın inkişafı, incəsənətimizin dünyada tanıdılması onun yorulmaz işinin əksidir.

Onun yüksək təşkilatçılıq bacarığı sayəsində 2017-ci ildə Bakıda lV İslam Həmrəylik Oyunları, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilmişdir.

Heydər Əliyev fondunun prezidenti kimi üzərinə düşən bütün işlərin yüksək peşəkarlıqla həlli göz qabağındadır.

l vitse prezident Mehriban xanım Əliyevanın dünyanın bir çox ölkələrinin birinci xanımları və ya yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. YAP-ın birinci müavinin kimi partiyanın çox böyük müsbət layihələr həyata keçirməsində Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Bunların bariz nümunəsidir ki, o ölkəmizin və xarici dövlətlərin yüksək ali orden və medalları ilə təltif olunmuşdur.

Dini dəyərlərə göstərdiyi qayğı Azərbaycanda və dünyanın digər ölkələrində xeyriyyəçilik tədbirlərinin keçirilməsinə misal ola bilər.

l ci vitse prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğı konteksində Heydər Əliyev fondunun təşəbbüsü ilə ölkəmizdə  3000 dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunub.

Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində H.Əliyev fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyyasız həyat naminə” ləyihəsini başlamışdır. Bundan əlavə 2010-cu ildə H.Əliyev Fondu və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiyya üzrə “Dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci ilin yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.

İxtisasca həkim olan Mehriban xanım Əliyeva insanların sağlamlığının ekalogiya ilə bilavasitə bağlı olduğunu yaxşı bilir. Məhz buna görə onun təşəbbüsü ilə Azərbaycanda geniş ekaloji layihələr icra edilir. “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ümumilikdə ölkədə 650000-dən çox ağac əkilmişdir.

Onun milli dəyərlərə sadiqliyi xalqın gözündə rəğbət və sevgi ilə qarşılanır. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiqdir. O özünün çoxsaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq İdealogiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

 

FHN Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.