Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bütün dünya Xocalı soyqırımını tanımalıdır

 Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü. 150 nəfərin taleyi isə bu günə qədər naməlum qalır

578

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində misligörünməmiş soyqırım aktı həyata keçirdilər.Bu işdə onlara keçmiş Sovet Ordusunun Xankəndində yerləşən 366-cı alayı da çox aktiv köməklik göstərirdi.

Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü. 150 nəfərin taleyi isə bu günə qədər naməlum qalır. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi. Və onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla yəni diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə qarın boşluğuna süngü vurularaq öldürüldü.

Xocalı şəhərində 105 sosial məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi, 1 tarix diyarşunaslıq muzeyi dağıdıldı.Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı qətliamı haqqında deyirdi: “Bu amansız qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.

Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildi. Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebreniçsa kimi dəhşətli faciələri ilə bir sırada dayanırdı. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımın dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı dünyanın bir çox ölkələri tərəfindən tanınmış və xatırlanmışdır. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Suda, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı Soyqırımının bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sesiyasında qəbul olunan yekun kamünikidə üzv dövlətlər Xocalı soyqırımın tanınması istiqamətində zəruri səylər göstərməyə çağrılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cü il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “Müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər ” kimi müəyyən etmişdir.

Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya yardım” kompaniyası mühüm əhəmiyyətə malikdir. Kompaniyanın strateji məqsədləri bunlardan ibarət idi.

  • Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması ona hüquqi və siyasi qiymətin verilməsi
  • Ermənistan höküməti tərəfindən Xocalı soyqırımına görə üzr istənilməsi bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi ) görə tam olaraq kompensasiyaların ödənilməsi
  • Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması
  • Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin daha çox məlumatlandırılması
  • Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi sağ qalmış ailələrə dəstək göstərilməsi bu hadisələrin yaddaşlarda yaşaması xüsusəndə gənc nəsil tərəfindən unudulmaması

Dünyanın bir çox nüfuzlu KİV-nın nümayəndələri bu izaholunmaz vəhşiliklər haqqında tutarlı faktlar yazmışdırlar. Bu qanlı soyqırım aktı insanlığa vurulan bir “qara damğa” idi.

Təbii ki bu qan yerdə qala bilməzdi və qalmadıda. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarınında qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

 

 FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.