Ələm Məmmədov “Həzi Aslanov“ medalına layiq görüldü
Mayın 28-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev Mingəçevirdə olub, təşkilatın şəhər şöbəsinin işi ilə, veteranların problemləriylə maraqlanıb, onlara kömək edəcəyini deyib. D.Rzayev yerli təşkilatın sədri Ələm Məmmədovu veteran hərakatının gücləndirilməsinə, veteranlara göstərdiyi müstəsna qayğıya görə və 80 illik yubleyi münasibəti ilə “Həzi Aslanov“ medalını təqdim edib.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov Ələm Məmmədovun şəhərin ictimai-siyasi həyatında xidmətlərindən danışıb: “Ələm müəllim gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün əlindən gələni əsirgəmir. Həmişə öz fəallığı, ağsaqqallığı ilə seçilib”.
Veteranlar təşkilatlarına və şəhər veteranlarına diqqət və qayğısına görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə “Həmrəy medalı” ilə təltif olunub.
Şərhlər bağlıdır.