Lələ təpə əsgərləri qayğıya ehtiyacı olan uşaqların yanında
“N” saylı hərbi hissənin əsgərləri qayğıya ehtiyacı olan Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca sakinlərinə hər cür ərzaq, geyim, uşaq oyuncaqları gətiriblər. Özləri ilə gətirdikləri qoyunu da kəsərək, uşaqlar üçün kabab bişirib və hər bir uşağa bu təamdan dadızdırıblar. Ziyarət zamanı balacalar doyunca yeyib, rəqs ediblər. Onların gözlərində bir sevinc qığılcımı görsənirdi. Hərbi hissənin komandirinin dediyinə görə, onlar mütamadi olaraq belə qayğıya ehtiyacı olan uşaqları ziyarət edirlər: “Gəlmişik ki, bu uşaqların dərdinə şərik olaq, sevincini bölüşək. İstərdik ki, onlar həmişə sevinsinlər. Çünki ölkəmizin bütün insanları kimi onların da sevinməyə və yaşamağa haqqı var”.
Mingəçevir şəhər Xəstəxanasının Uşaq Nevroloji Sanatoriya şöbəsinin baş həkimi Sevinc Abbasova da bu gəlişdən məmnun olduqlarını bildirib: “Sanatoriyaya dəfələrlə əsgərlər gəlib. Amma Lələ təpə əsgərləri ilk dəfədir ki, gəlirlər. Bu gəlişdən sevinən uşaqlar unudulmaz təəssüratların ağuşunda bayram sevinci yaşadılar”.
Şərhlər bağlıdır.