Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin VIII konfransı keçirilib

Konfransı giriş sözü ilə açan fakültə dekanı, dosent Nizami Zeynalov Tələbə Elmi Cəmiyyətinin tələbə və magistrantların elm sahəsinə olan maraq dairəsini genişləndirmək, konfranslarda iştirakını təmin etmək üçün yaradılan təşkilat olduğunu vurğulayıb. Qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin məqsədi tələbə və magistrantları elm sahəsinə cəlb etmək, onların bu sahə ilə bağlı istedadlarını üzə çıxarmaq, konfranslarda iştiraklarını təmin etməkdən ibarətdir. Sonra tələbələri təbrik edərək, konfransın işinə uğurlar diləyib.

Universitetin elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov rektor Şahin Bayramovun salamlarını yetirib və konfransın işinə uğurlar arzu edib. Azərbaycan gəncliyinin ölkədə gedən bütün proseslərdə fəal iştirak etdiyini bildirib. Hər bir dövlətin gücünün onun intellektual potensialında olduğunu, bunun isə elm və təhsilin hesabına formalaşdığını diqqətə çatdıran V.Əyyubov əmək bazarının tələbinə uyğun mütəxəssis kimi yetişmək üçün fundamental biliklərə yiyələnməyin vacibliyini qeyd edib. MDU-da fəaliyyət göstərən TEC-in tələbələrin elmi fəallığının və dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə TEC sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb

Sonra T18 saylı qrupun tələbəsi Xədicə Abdullayeva “Antik Albaniyanın ticarət əlaqələri yunan coğrafiyaşünası Strabonun məlumatları əsasında” (elmi rəhbər: dos. Nizami Zeynalov); Rİ18.2 saylı qrupun tələbəsi Zülfiyyə Məmmədova “Sıralar nəzəriyyəsinin yaranması və inkişafı” (elmi rəhbər: b/m. Vilayət Əhmədov); MT17.1 saylı qrupun tələbəsi Aytac Abdullayeva “Uşaqların qorxu hissi və onların qarşısının alınması yolları” (elmi rəhbər: Nərgiz Həsənova); R16 saylı qrupun tələbəsi Nurlanə İsbəndiyarlı “Monte-Karlo metodunun inteqralın hesablanmasına tətbiqi” (elmi rəhbər: b/m. Məhəmməd Məmmədov); XD17 saylı qrupun tələbəsi Təranə Hacıyeva “Müasir alman dilində frazeologizmlər sistemi” (elmi rəhbər: Nərgiz Kərimova) mövzularında çıxış ediblər.

Məruzəçilərə konfrans iştirakçıları tərəfindən suallar ünvanlanıb. Onlarda öz tərəflərindən suallara ətraflı cavab verməklə tədqiqat işlərinə mükəmməl yanaşdıqlarını təsdiq ediblər.

 

 

 

 

 

Sonda MDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, b/m. Günəş Şəfaqətov çıxış edərək Tələbə Elmi Cəmiyyətinin  əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsil alanların elmi tədqiqat fəaliyyətinin yeni sosial iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarət olduğunu bildirib. TEC sədri onu da vurğulayıb ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıclıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş  etdirmələri baxımından önəmlidir. Günəş Şəfaqətov məruzələrinə görə tələbələr və onların elmi rəhbərlərinə təşəkkür edib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close