Cəmiyyət

Könüllülər koronavirus infeksiyasına qarşı mübarizədə hökumətə kömək etdilər

"Böyüklərimizi Qoruyaq!" devizi altında könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkib, onların zəruri ehtiyaclarının qarşılanmasına yardım göstərirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın  çağırışlarına  cavab olaraq ölkəmizdə fəaliyyət göstərən  könüllü təşkilatları və hərəkatları  tərəfindən yaradılan  Azərbaycan Könüllüləri Əlaqələndirmə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. İlk olaraq Çində  yayılan , sonra isə dünyanın bir çox ölkələrində  insanların həyatı üçün böyük təhlükə mənbəyinə çevrilən  koronavirus infeksiyasının qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirləri, karantin rejiminin tətbiq edilməsi Dünya Səhiyyə Təşkiatının rəhbərliyi tərəfindən təqdir edilməklə nümunə göstərilir.

Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirləri dəstəkləmək məqsədi ilə 20 mart  2020-ci il tarixdə formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf ” İctimai Birliyi, “BİR Tələbə-Könüllü ” Proqramı, “Könüllü Dost” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri ” Proqramı, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi , “Diplomatiya Könüllüləri” Qrupu və digər təşkilat və hərəkatların iştirak etdiyi  Mərkəzin işinin  əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Bildiyimiz kimi, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Daim axtarışda olan, yeniliyi sevən  və  öz fəaliyyərtndə tətbiq edən  gənclər  ölkəmizdə həyata keçirilən  ictimai-iqtisadi tədbirlərə töhfə verməkdə maraqlıdırlar. Ölkəmizdə  dövlətçiliyə bağlı, yüksək intellektual  və geniş dünyagörüşə malik gənclər formalaşır və bu gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində  ardıcıl işlər görülür. Dünyada yayılan yeni növ koronavirus infeksiyası təəssüf ki , Azərbaycandan da yan keçməyib. İnsanların sağlamlığı və sosial vəziyyətinə  qayğı və diqqətlə yanaşan ölkə Prezidentinin vaxtında  münasibət göstərməsi  böyük itkilərin qarşısını alıb.  Qabaqlayıcı tədbirlər, zəruri addımların atılması, vətəndaşlara sosial yardımların göstərilməsi cəmiyyət tərəfindən razılıqla qarşılanır.

AKƏM-in təşəbbüsü ilə həyata keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına yardım göstərirlər. Qısa müddət ərzində Əlaqələndirmə Mərkəzi  tərəfindən respublikanın bütün şəhər və rayonlarında səfərbər olunmuş könüllülər karantin dövründə yaşı 65-dən yuxarı olan  tənha və imkansız ailələrə yardımları paylamaqla yanaşı digər qayğılar da göstərmişlər.  “Böyüklərimizi Qoruyaq!”  devizi altında paytaxt və regionlarda  könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstərmişlər.  Ölkəmizin ayrı-ayrı bölgələrində bu kateqoriyadan olan  6254  ailəyə könüllülərin dəstək  göstərməsi  gənc nəslin böyüklərə olan hörmət və ehtiramının təcəssümüdür. Bu həm də xalqımızın  adət- ənənəsinin , milli mentalitetimizin  qorunub  saxlanmasının bariz nümunəsidir.  Kiçicik bir  diqqətsizlik üzündən yüzlərlə insanın xəstəliyə yoluxmasına və ölümünə səbəb olan bu infeksiyanın daha böyük fəsadlar törətməməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində könüllülərin həvəslə fəaliyyət göstərməsi təqdirəlayiq haldır.

Aprelin 8-də  “Könüllü Qonşu ” aksiyası çərçivəsində 44 şəhər və rayonda məhəllə və binaların girişində xüsusi elanlarla əlaqə nömrələri paylaşılıb.   Tətbiq olunan məhdudiyyət səbəbindən ehtiyacı olan şəxslər bu nömrələrə zəng etməklə evlərinə gündəlik ərzaq məhsulları, dərman ləvazimatlarını aldırmış, kommunal ödənişələrinin  ödənilməsi həyata keçirilmişdir.  Könüllülərin böyük cəsarət və coşqu ilə fəaliyyət göstərmələri ilk növbədə onların Vətənə və dövlətimizə olan sevgisindən irəli gəlir.

Sağlamlıq üçün zəruri olan  qan qıtlığının yaranması da son iki ayda könüllülərin diqqətində olub. Belə ki,  aprelin 8-də  Əlaqələndirmə Mərkəzi Milli Hematologoya və Transfuziologiya  Mərkəzi -Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Könüllülər bu nəcib aksiyada da fəal iştirak etmiş, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə qan vermişlər.

Könüllülərin fəaliyyəti bununla bitmir. Bu xəstəliklə mübarizə məqsədilə onlar maarifləndirmə və təbliğati söhbətlər aparmış, küçədə maskasız gəzən şəxslərə maskaların paylanmasında da iştirak etmişlər. Karantin dövründə Mingəçevir şəhərində də “ASAN” Könüllülərinin  fəaliyyəti çoxşaxəli olub.  Belə ki, könüllülər 1300 xəstə vətəndaşa şəkər dərmanlarının çatdırılmasını təmin ediblər. Maarifləndirmə tədbirlərində gənc könüllülər pandemiyanın fəsadlarından və ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətimdən bəhs ediblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yaşlı nəslə bu və ya digər yardımlar göstərilib, bu zaman  könüllülərin yardımından istifadə edilib.  “ASAN məktub” layihəsi çərçivəsində 30 ailəyə maddi  yardım edilmişdir. 65 yaşdan yuxarı insanlara kömək məqsədilə  onlara ərzaqların alınması, kommunal ödənişlərinin ödənilməsi , evlərində xidmət işlərinin görülməsi də həyata keçirilib.

YAP Mingəçevir şəhər təşkilatı karantin muddətində Gənclər Birliyiinin üzvlərindən ibarət 10 nəfərlik qrup yaradıb. Bu Gənclər yaşı 65-dən yuxarı olan tənha, imkansız yaşayanlara ərzaq və tibbi ləvazimatların yardımını ediblər. Bundan başqa bu Könüllü qrupları tənha ahıllara evlərində xidmət göstəriblər. Görülən bütün işlərin əsas məqsədi dövlətimiz və vətəndaşlarımız üçün gərgin olan bir dövrdə onların  yanında olmaq, ölkə Prezidenti Cənab İlham Əliyevin “Biz  birlikdə güclüyük” çağırışına həmrəylik nümayiş etdirməkdir.

Bəxtiyar Mustafayev,

YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri

Tag
Daha çox

Oxşar yazılar

Close