Müsabiqənin qalibi mükafatlandırılacaq.
Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il
Hazırlanan loqo eskizləri loqo@mdu.edu.az e-mail ünvanına “Loqo Müsabiqə” başlığı ilə göndərilməlidir.
Müsabiqə şərtləri:
– Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;
– Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
– Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
– Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
– Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
– Təqdim olunan eskizlər yeni olmalıdır;
– Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
– Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
– Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Şərhlər bağlıdır.