Könüllülər koronavirus infeksiyasına qarşı mübarizədə hökumətə kömək etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılan Azərbaycan Könüllüləri Əlaqələndirmə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. İlk olaraq Çində yayılan , sonra isə dünyanın bir çox ölkələrində insanların həyatı üçün böyük təhlükə mənbəyinə çevrilən koronavirus infeksiyasının qarşısının alınması üçün Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirləri, karantin rejiminin tətbiq edilməsi Dünya Səhiyyə Təşkiatının rəhbərliyi tərəfindən təqdir edilməklə nümunə göstərilir.
Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirləri dəstəkləmək məqsədi ilə 20 mart 2020-ci il tarixdə formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf ” İctimai Birliyi, “BİR Tələbə-Könüllü ” Proqramı, “Könüllü Dost” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri ” Proqramı, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi , “Diplomatiya Könüllüləri” Qrupu və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Bildiyimiz kimi, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Daim axtarışda olan, yeniliyi sevən və öz fəaliyyərtndə tətbiq edən gənclər ölkəmizdə həyata keçirilən ictimai-iqtisadi tədbirlərə töhfə verməkdə maraqlıdırlar. Ölkəmizdə dövlətçiliyə bağlı, yüksək intellektual və geniş dünyagörüşə malik gənclər formalaşır və bu gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində ardıcıl işlər görülür. Dünyada yayılan yeni növ koronavirus infeksiyası təəssüf ki , Azərbaycandan da yan keçməyib. İnsanların sağlamlığı və sosial vəziyyətinə qayğı və diqqətlə yanaşan ölkə Prezidentinin vaxtında münasibət göstərməsi böyük itkilərin qarşısını alıb. Qabaqlayıcı tədbirlər, zəruri addımların atılması, vətəndaşlara sosial yardımların göstərilməsi cəmiyyət tərəfindən razılıqla qarşılanır.
AKƏM-in təşəbbüsü ilə həyata keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına yardım göstərirlər. Qısa müddət ərzində Əlaqələndirmə Mərkəzi tərəfindən respublikanın bütün şəhər və rayonlarında səfərbər olunmuş könüllülər karantin dövründə yaşı 65-dən yuxarı olan tənha və imkansız ailələrə yardımları paylamaqla yanaşı digər qayğılar da göstərmişlər. “Böyüklərimizi Qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkərək onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstərmişlər. Ölkəmizin ayrı-ayrı bölgələrində bu kateqoriyadan olan 6254 ailəyə könüllülərin dəstək göstərməsi gənc nəslin böyüklərə olan hörmət və ehtiramının təcəssümüdür. Bu həm də xalqımızın adət- ənənəsinin , milli mentalitetimizin qorunub saxlanmasının bariz nümunəsidir. Kiçicik bir diqqətsizlik üzündən yüzlərlə insanın xəstəliyə yoluxmasına və ölümünə səbəb olan bu infeksiyanın daha böyük fəsadlar törətməməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində könüllülərin həvəslə fəaliyyət göstərməsi təqdirəlayiq haldır.
Aprelin 8-də “Könüllü Qonşu ” aksiyası çərçivəsində 44 şəhər və rayonda məhəllə və binaların girişində xüsusi elanlarla əlaqə nömrələri paylaşılıb. Tətbiq olunan məhdudiyyət səbəbindən ehtiyacı olan şəxslər bu nömrələrə zəng etməklə evlərinə gündəlik ərzaq məhsulları, dərman ləvazimatlarını aldırmış, kommunal ödənişələrinin ödənilməsi həyata keçirilmişdir. Könüllülərin böyük cəsarət və coşqu ilə fəaliyyət göstərmələri ilk növbədə onların Vətənə və dövlətimizə olan sevgisindən irəli gəlir.
Sağlamlıq üçün zəruri olan qan qıtlığının yaranması da son iki ayda könüllülərin diqqətində olub. Belə ki, aprelin 8-də Əlaqələndirmə Mərkəzi Milli Hematologoya və Transfuziologiya Mərkəzi -Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Könüllülər bu nəcib aksiyada da fəal iştirak etmiş, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə qan vermişlər.
Könüllülərin fəaliyyəti bununla bitmir. Bu xəstəliklə mübarizə məqsədilə onlar maarifləndirmə və təbliğati söhbətlər aparmış, küçədə maskasız gəzən şəxslərə maskaların paylanmasında da iştirak etmişlər. Karantin dövründə Mingəçevir şəhərində də “ASAN” Könüllülərinin fəaliyyəti çoxşaxəli olub. Belə ki, könüllülər 1300 xəstə vətəndaşa şəkər dərmanlarının çatdırılmasını təmin ediblər. Maarifləndirmə tədbirlərində gənc könüllülər pandemiyanın fəsadlarından və ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətimdən bəhs ediblər.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yaşlı nəslə bu və ya digər yardımlar göstərilib, bu zaman könüllülərin yardımından istifadə edilib. “ASAN məktub” layihəsi çərçivəsində 30 ailəyə maddi yardım edilmişdir. 65 yaşdan yuxarı insanlara kömək məqsədilə onlara ərzaqların alınması, kommunal ödənişlərinin ödənilməsi , evlərində xidmət işlərinin görülməsi də həyata keçirilib.
YAP Mingəçevir şəhər təşkilatı karantin muddətində Gənclər Birliyiinin üzvlərindən ibarət 10 nəfərlik qrup yaradıb. Bu Gənclər yaşı 65-dən yuxarı olan tənha, imkansız yaşayanlara ərzaq və tibbi ləvazimatların yardımını ediblər. Bundan başqa bu Könüllü qrupları tənha ahıllara evlərində xidmət göstəriblər. Görülən bütün işlərin əsas məqsədi dövlətimiz və vətəndaşlarımız üçün gərgin olan bir dövrdə onların yanında olmaq, ölkə Prezidenti Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına həmrəylik nümayiş etdirməkdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri
Şərhlər bağlıdır.