Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb

Mingəçevir şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə orta məktəblərin həyətyani sahələrində şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə keçirilən ağacəkmə aksiyası aprelin 7-də 16 saylı məktəbdə davam edib. Məktəbin direktoru Sevinc Həsənova deyib ki, əkilən ağaclara Qələbə simvoluna çevrilən Xarı bülbül emblemi bağlanıb: “Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adlarını bu və ya digər formada əbədiləşdirmək bizim borcumuzdur. Məqsədimiz vətən oğullarının igidlik dastanını daha dərindən öyrənmək və gələcək nəsillərə çatdırmaqdır”.

Şərhlər bağlıdır.