Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə bir ay əvvəl itkin düşmüş yeniyetmənin meyiti Kürdə tapılıb

Mingəçevirdə Kür çayında meyiti tapılan şəxsin kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğludur. 

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. 

Faktla bağlı şəhər Prokurluğunda araşdırma başlanıb.

Şərhlər bağlıdır.