Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Karantin qaydalarını pozan vətəndaşlar market və apteklərdə yaxalandılar

248

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində Mingəçevirdə də  bir sıra məhdudiyyətlər həyata keçirilir. Dünən axşam saatlarında Mingəçevir Şəhər Polisi iri marketlərdə və apteklərdə reyd keçirib. Karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələr və Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumatlar verilib.  Vətəndaşlara məsləhət görülüb ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları  yerlərdə qalsınlar.

Reyd zamanı marketlərdə və apteklərdə  qoruyucu maska taxmayan, karantin qaydalarını pozan vətəndaşlar aşkarlanıb və inzibati qaydada cərimələnib.

Şərhlər bağlıdır.