Kənd gəncləri Mingəçevirdə əylənərək öyrənirlər
Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində “Kənd gənclərinin yay düşərgəsi” davam edir
Gənclər və İdman Nazirliyi Nazirliyinin xətti ilə bu ilki yay mövsümündə respublikanın 14 bölgəsində gənclər üçün düşərgələrə start verilib. 3 bölgədə- Astara, Yardımlı və Mingəçevirdə düşərgələr artıq fəaliyyətə başlayıb, digərlərində isə növbəti mərələlərdə yaradılacaq. Nazirliyin əməkdaşı Elşən Hüseynovun mətbuata açıqlamasına görə, 2000 gənci əhatə edəcək düşərgələr sentyabr ayının 15-dək davam edəcək.
Öyrəndik ki, Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində “Əylənərək öyrənirik” devizi ilə 100 gəncə yaxşı istirahət etmək, təlimlərə qatılmaqla yaşam bacarıqları qazanmaq imkanı yaradılıb. 5 gün davam edən düşərgəyə qazilər, şəhid və aztəminatlı ailələrin övladları da qatılıblar. Təlim, yarış, müsabiqə və əyləncələr, xüsusən məşğulluqla bağlı KOB dostu olan gənc sahibkarla görüş maraq doğurub.
Şərhlər bağlıdır.