Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Jurnalistlər üçün kiçik qrant müsabiqəsi

IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (“freelance”) jurnalistləri “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in  iki günlük təlimə və bu layihə çərçivəsində kiçik qrant müsabiqəsinə dəvət edir.
Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq).
Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı müəssisəsini yaratmaq və ya bir sərbəst jurnalist kimi reportajını media qurumuna daha effektiv satmaq üçün nələri bilməlidir mövzusunda məsləhətlər veriləcək.
İştirak etmək istəyən jurnalistlər iyunun 15-dək uasadzade@irex.org, anicoara@irex.org, amammadli@irex.org ünvanlarına aşağıdakı kriteriyalar üzrə mövzu təklifləri göndərə bilərlər.
İlkin seçim turunda hər bir region üzrə ən yaxşı mövzu təklifi təqdim etmiş 9-12 jurnalist treninqdə iştirakçı kimi seçiləcək.
Təlim müddətində mövzu təklifləri təkmilləşdiriləcək və müsabiqənin növbəti mərhələsi elan olunacaq. Hər region üzrə seçilmiş ən yaxşı maksimum üç təklifin hərəsi üçün 500 AZN-ə qədər kiçik qrant (səfər və avadanlıq xərclərini qarşılamaq məqsədilə) ayrılacaq.

Mövzu təklifləri üçün seçim kriteriyaları:
– Təklif olunan mövzunun xülasəsi (1 səh.);
– Mövzunun hazırlanması zamanı istifadəsi nəzərdə tutulan mənbələr, nəzərdə tutduğunuz araşdırma metodları, mövzunun işıqlandırılması məqsədilə səfər ediləcək ərazilərin siyahısı;
– Mövzunun vacibliyinin və çap olunarsa, onun mümkün təsirinin əsaslandırılması (2-3 abzas);
– Reportajınız hazır olarsa, onun hansı mətbuat orqanında dərc edəcəksiniz? Nəzərdə tutduğunuz mətbuat orqanlarının siyahısı;

– Mövzu təklifinin büdcəsi: səfər xərcləri, aşağı qiymətli avadanlığın alınması (flip camera, səsyazma qurğusu, tərcümə xidməti və s.);

– İndiyə qədər dərc olunan üç reportajınızın nümunəsi (linklər).

Şərhlər bağlıdır.