İtaliyada Multikulturalizm Mərkəzinin filialı yaradılır
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) İtaliyanın Sandro Teti Nəşriyyat Evinin (STNE) rəhbəri, politoloq Sandro Teti ilə görüş keçirilib. Mərkəzin icraçı direktoru Azad Məmmədov və müşaviri Aytən Qəhrəmanın iştirak etdiyi görüşdə BBMM və STNE arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Müzakirələrdən sonra BBMM ilə STNE arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Mərkəzin icraçı direktoru Azad Məmmədovla politoloq Sandro Tetinin imzaladığı memoranduma əsasən, İtaliyada BBMM-in Roma filialının yaradılması və fəaliyyətinin təşkili təmin ediləcək.
Anlaşma memorandumunda həmçinin mənəvi, hüquqi, multikulturalizm və tolerant dəyərlərin təbliği, Azərbaycanın və İtaliyanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlərin, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputların təşkili məsələləri öz əksini tapıb.
Yadigar Məmmədli,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
Şərhlər bağlıdır.