İsti olmağına baxmayaraq, şəhərimizə istirahətə gələnlərin sayı artır
Kür çayı bu şəhəri iki hissəyə ayırır. Sərin hava udmaq və istirahət üçün Mingəçevirdə çayın rolu çox böyükdür. Yay fəsli girər-girməz Kürün sahilində böyük insan izdihamı müşahidə edilir. Əksəriyyət burda gəzməyə üstünlük verir. Bəziləri isə balıq tuturlar. Kiçik balıqları övladının arzusu ilə tutanlar tilovda ovunu çox da gözləmirlər.
Hava isti olsa da çaydan gələn sərinlik sanki yayı unutdurur. Böyüklü-kiçikli hər kəs Mingəçevirdə sürətli qayıqlarla, iri gəmilərlə müəyyən məsafə qət etməyə can atır. Hətta Sumqayıtdan, Gəncədən, Bərdədən, Göyçaydan və digər şəhərə yaxın bölgələrdən Mingəçevirə axışanlar durmadan artır.
Əyləncədən doymayan azyaşlılar parkda quraşdırlan atarksiyon və yelləncəklərdən istifadəyə can atır. Gənclər isə çayın fonunda müxtəlif rakurslarda foto çəkdirməyə üstünlük verirlər.
Mingəçevir ölkənin əsas enerji mənbəyi, nur şəhəri hesab edilsə də, turizm imkanlarına görə də ön sıralarda dayanır. Bir sözlə, isti yay günlərində Aran bölgəsinin sakinləri sərinliyi elə bu şəhərdə tapa bilirlər.
Şərhlər bağlıdır.