Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstedadlı uşaqlar üçün “Yay məktəbi” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi  “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqə”sinin qalibi olan N.Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindənhəyata keçirilən İstedadlı uşaqlar üçün “Yay məktəbi” uğurla başa çatıb. 8 nömrəli tam orta məktəbdə baş tutan təltifetmə mərasimində məktəb rəhbərliyi, müəllim heyəti, qonaqlar və layihənin iştirakçısı olan istedadlı şagirdlər iştirak edib.

Layihənin təltifetmə mərasimində çıxış edən 8 nömrəli tam orta məktəbin direktoru Adil Kərimov Təhsil Nazirlyinin həyta keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin şagirdlərin bilik və bacarıqlarının artırılmasında xüsusi rol oynadığını bildirib. Layihə çərçivəsində şagirdlər üçün keçirilən müxtəlif istiqamətlitəlimlərdən danışan Adil Kərimov iştirakçıların asudə vaxtını maraqlı etmək üçün məntiq yarışı, çöl oyunları, Şeir və rəsm müsabiqəsinin də təşkil olunduğunu qeyd edib.

Təlimçi Rəşad Qurbanov şagirdlərin təlimlər və yarışlar zamanı olduqca həvəsli olduqlarını və komanda halında işləmək bacarıqlarının yüksək olduğunu bildirib. Bununla yanaşı, təlimçi layihə çərçivəsində şagirdlərin nitq və təqdimat bacarıqlarını inkişaf etdirmək, məntiqi təfəkkürünü sınaqdan keçirmək imkanı qazandıqlarını da vurğulayıb. Sonda İstedadlı uşaqlar üçün “Yay məktəbi” layihəsində iştirak edən istedadlı şagirdlər sertifikatlarla təltif olunub.

 

Şərhlər bağlıdır.