“İşıqlı Gələcək” növbəti layihəsini uğurla yekunlaşdırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclər Evinin təşkilatı dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi!” adlı layihənin 2 ay davam edən təlimlərinin sonunda Könüllü Məktəbinin üzvü olan gənclərin təltifetmə mərasimi keçirilib.
Tədbirdə iştirak edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Tofiq Əsgərov və Birliyin sədri Tural Kərimov çıxış edərək könüllülüyün əhəmiyyətindən, prinsiplərindən söz açıblar, bununla bağlı iştirakçı gənclərlə fikir mübadiləsi aparıblar. Həmçinin gənclər də bu layihə nəticəsində könüllülük fəaliyyətinə maraqlarının daha da artdığını vurğulayıblar, sözü gedən fəaliyyətlə bağlı yaranmış yeni ideyalarını bölüşüblər, gələcəkdə könüllülüklə bağlı yeni layihələrin, tədbirlərin həyata keçirilməsi ilə bağlı rəsmilərlə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda könüllülüyü təqdim edən videoçarx nümayiş olunub, daha sonra fəal gənclərə sertifikat təqdim edilib, onlar bundan sonra Könüllü Məktəbinin üzvü kimi fəaliyyətlərini böyük həvəslə davam etdirəcəklərini bildiriblər.
Şərhlər bağlıdır.