İraqın nümayəndə heyəti STP-də
İraq Respublikasının Rabitə naziri Arkan Şihab Əhməd Əl-Şaibaninin rəhbərliyi ilə Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkını ziyarət edib.
Bu barədə STP-nin Kommunikasiya / İctimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev məlumat verib. Onun sözlərinə görə, qonaqlar öncə STP-nin biznes vahidi olan STP Global Cable şirkətinin Kabel zavoduna baş çəkiblər və burada STP-nin Baş direktoru Ruslan Ağabəyli istehsal etdikləri kabel məhsulları və elektrik avadanlıqları barədə məlumat verib: “Zavodda gəzinti zamanı İraq rəsmiləri istehsalat prosesi və müasir test laboratoriyaları ilə əyani tanış oldular. Hazırda zavodun istehsal etdiyi məhsullar Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Türkiyə kimi ölkələrə ixrac olunur”.
STP ilə Sumqayıt Dövlət Universiteti Memorandum imzalayıb Pandemiyanın regionlarda həssas qruplara təsiri necə olub? Aİ və FAO layihəsi çərçivəsində məhsul əsaslı aqrar məsləhət platforması hazırlanırR.Əliyevin sözlərinə görə, qonaqların İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Sumqayıt Kimya Sənayə Parkı və Sumqayıt Texnologiyalar Parkı nümayəndələri ilə dəyirmi masa ətrafında da görüşü də baş tutub. keçirilib. Görüşdə Azərbaycanda investisiya mühiti, qeyri-neft sektorunun inkişafı üçün görülən işlər, STP-nin genişçeşidli istehsalatı və ixrac uğurları barədə danışılıb.
Şərhlər bağlıdır.