Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnternat şagirdlərinin şəxsi İnkişaf və karyera planlaması” layihəsi uğurla yekunlaşdırılıb

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzə 7- ci qrant” müsabiqəsinin qalibi olan Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada həyata keçirilən “İnternat şagirdlərinin şəxsi İnkişaf və karyera planlaması” layihəsi uğurla yekunlaşdırılıb.

Layihə çərçivəsində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Ağdaş rayonu M. Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənlər təmayüllü gimnaziya, Şəki şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Göyşay şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyalarda qeydiyyatdan keçmiş 40 şagird düşərgədə iştirak edib.

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova 4 gün davam edən düşərgə haqqında medyaya ətraflı məlumat verib.

Layihə rəhbərinin məlumatına əsasən ilk olaraq düşərgə iştirakçılarına “Sosial-psixoliji, mühit adaptasiyası”  “hədəf” və “məqsədə çatmaq üçün nə etməli”,  “ Əsas Bacarıqlar (soft skills)” , “Davranış psixolgiyası” və “ Zamanın idarə olunması” təlimləri keçirilib.

İştirakçıların  boş vaxtlarını səmərəli keçirməsi, həmçinin daha çox biliyə sahib olmaları üçün komandalar arasında “Nə?” “Harada?” “Nə zaman” intellektual oyunu, “Debat”, “Komanda qurulucuğu” oyunları keçirilib. Axşam isə eyni qaydada iştirakçıların hər birinin iştirakı ilə “Məclisi-Üns” təşkil olunub.

“ Natiqlik ” təlim paketinin əsasında “Təqdimat bacarıqları və natiqlik” ,“Bədən Dili” və “Qərar qəbuletmə bacarıqları” təlimləri keçirilib.

İştirakçılar 3 gün ərzində qazandıqları bilik və bacarıqlardan istifadə edərək komandalar halında “təqdimat” müsabiqəsində iştirak ediblər.

Təqdimatın fəaliyyət mərhələsinin son günündə iştirakçılar arasında komandalar halında “Təqdimat Müsabiqəsi” keçirilib. Hər bir komandaya öz ideyasını təqdim edib. “Təqdimat” istiqaməti, hazırlanması və yazılışına görə qiymətləndirilib. Komandaların layihələri dinlənildikdən sonra qalib komanda mükafatlandırılıb.

Düşərgənin 4-cü günü həm də layihənin  bağlanış mərasimi təşkil olunub. Bağlanış mərasimində hər bir iştirakçı sertifikatla təltif olunub.

Şərhlər bağlıdır.