İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz oldu
“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində avarçəkmə yarışları davam etdirilir. İyunun 16-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe qayıqlarında yarışların final mərhələsinə start verilib. Hər iki növ üzrə yarışların son günündə 10 dəst medal sahibini tapacaq. Bu gün Azərbaycan milli yığma komandasının 3 təmsilçisi də final mərhələsinin iştirakçısı olacaq. Azərbaycan təmsilçiləri 5 məsafəyə final yürüşünə qatılacaqlar. Bir nəfərlik kayak qayığı ilə qadınların mübarizəsində olimpiya çempionu İnna Osipenko-Radomskaya 200 metr, 500 metr və 5000 metr məsafələrə əsas final yürüşlərində çıxış edəcək. Bu gün saat 11:05-də yarışa başlayan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub. Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançınız 2.05,583 nəticəyə imza atıb. O, saat 15:05-də 200 metr məsafədə final yarışına çıxacaq. Kişilərin yarışında isə Mirnazim Cavadov 5000 metr məsafəyə final yürüşündə qüvvəsini sınayacaq.
Sonra isə kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə mübarizə aparacaq.
Şərhlər bağlıdır.