Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hoff Max 1000 m məsafəyə kayak yarışlarında qızıl medal qazandı

Almaniyalı oyunçu Hoff Max müxbirimizlə söhbətində  yarışın çətinliyini vurğulayıb: “Bu mənimçün ilin ən çətin yarışı oldu. Ən sonuncu ana qədər özümü saxladım. Birinci yerə çıxmaq üçün maksimum güc sərf etdim. Çox xoşbəxtəm”.

Hoff Max bu mötəbər yarışların dünyada çox maraqlı idman hadisəsi olduğuna əminliyini bildirib. “Çox şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda Almaniya idmançıları da iştirak edir. Burada hər şey çox mükəmməldir. Rəqiblərim çox güclü idi. Çox şadam ki, çətinliklə də olsa bu mühüm yarışda qalib gəldim. Sizin azarkeşlərdən dəstək gördüyüm üçün özümü xoşbəxt hiss edirəm. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm”.

Almaniyalı  idmançı burada onlara yaradılan şərait barədə,  Mingəçevir və mingəçevirlilər  haqqında da xoş sözlər dedi: “Burdkı insanlarla dost oldum. Çünki çox mehribandılar”.

 

Almaniyalı idmançı Brendel Sebastian da oyunun  çox çətin keçdiyini bildirib: “Belə bir mötəbər idman tədbirində iştirak etməkdən məmnunam. Bu, mənim üçün həqiqətən də yeni bir təcrübə oldu. Bizim komandamız çox güclüdür. Yarışa yaxşı hazırlaşmışdıq. Biz finala çıxmaq üçün böyük səy göstərdik Güclü rəqiblərim vardı. Amma buna baxmayaraq, mən qızıl medalı qazandım. Bundan sonra da dünya çempionatında çempion olmaq istəyirəm. Ən güclü rəqiblərim Macarıstan və Polşa idmançıları idi. Onlarla dünya çempionatında bir yerdə yarışmışdıq”.

Brendel Sebastian hazırda Avropanın, hətta dünyanın gözünün Mingəçevirdə olduğunu bildirib. “Hər kəs qısa vaxt ərzində birinci Avropa Oyunlarına hazırlaşan Mingəçevirin gözəlliyini, burada mötəbər yarışların keçirilməsi üçün yaradılan yüksək şəraiti, müasir infrastrukturu görə bilir”.

Şərhlər bağlıdır.