“İncəsənət sosial inkişafda vasitə kimi”
“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilib. Dekabrın 14-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi baş tutub.
Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Beş ay müddətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək və incəsənət vasitələrindən istifadə edərək sosial problemləri işıqlandırıblar.
“İnkişaf Zamanı” proqramının iştirakçıları inkluziv inkişaf, plastiklərdən istifadənin azaldılması, uşaqların məktəbdən yayınması, gender bərabərliyi, cəmiyyətdə formalaşmış zərərli strereotiplərin aradan qaldırılması, qadın hüquqları, uşaqların bədii yazı qabiliyyətinin formalaşması, gənclər arasında muzeylərə marağın artırılması mövzularında social təşəbbüslər həyata keçirib, teatr, tamaşalar, debat, intellektual oyunlar, hekayələr və s. hazırlayıblar.
Eyni zamanda müxtəlif qısametrajlı maarifləndirici videoçarxlar hazırlayıblar.
Sonda layihə iştirakçıları diplomlarla təltif olunublar.
Şərhlər bağlıdır.