Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Karantin qaydalarına Mingəçevirdə necə əməl olunur?

Bu gün Mingəçevir Polis şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına əməl olunması vəziyyətini araşdırmaq üçün şəhər ərazisində  reyd keçiriblər. Reyd zamanı SMS icazəsi olmadan yaşadıqları ünvanı tərk edən, eləcə də tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə maskanı taxmayan vətəndaşlar aşkarlanıb. DİN mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Mahir Məsimovun verdiyi məlumata görə, qaydalara əməl etməyənlər barəsində qanuna müvafiq tədbirlər görülüb: “Ərazidə  yaşı 65-dən yuxarı olan vətəndaşların da gəzdiklərini müşahidə edilib. Belə şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara ehtiyac olmadıqda yaşadıqları ünvanları tərk etməməki tövsiyə olunub”.

Şərhlər bağlıdır.