AzərbaycanElm və təhsilMDUXəbərlər

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunub

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight 2020/2021-ci tədris ilinin payız semestri ərzində Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesində fəal iştirak edir. Belə ki, amerikalı mütəxəssis MDU-nun bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələrinə “Xarici dildə oxu və nitq” fənnini tədris edir.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən dərslər gələcəyin xarici dil müəllimləri olan tələbələrin yüksək marağına səbəb olub. Semestr ərzində dil daşıyıcısı olan müəllimdən dərs almaq imkanı əldə eməkdən mənun olduqlarını bildirən tələbələr bunun xarici dildə oxu və nitq bacarıqlarının inkişafı baxımından mühüm töhfə olduğunu qeyd ediblər.

Tələbələrin ingilis dilinə olan yüksək marağından razılığını ifadə edən R.Schlight MDU-da müəllim hazırlığının məzmununun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdə onun da iştirakına şərait yaradılmasına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, R.Schilight ötən semestr MDU rektorunun dəvəti ilə iki dəfə qonaq professor statusunda Mingəçevirdə olub, universitetin pedaqoji və tələbə heyətinə “Elmi-tədqiqat işləri üçün effektiv rəylərin hazırlanması və yazılması”, “Auditoriyada tənqidi düşüncə, onların öyrədilməsi yolları”, “Elektron məktublardan istifadə edərək ünsiyyət qurmağı öyrətmək” mövzularında təlim seminarları keçib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close