Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İlin Qızıl Şagirdi” məntiq olimpiadasında “Qızıl medal” qazandı

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsində iştirak edən 2253 məktəblidən 11-i qızıl, 19-u gümüş, 35-i bürünc medala sahib olub

Mingəçevirdəki Texniki-Humanitar Liseyin 5-ci sinif şagirdi Hüseyn Əhmədli Lütfi Zadə adına məntiq olimpiadasında “Qızıl medal” qazanıb. O, olimpiadanın riyaziyyat /məntiq bölümündə rəqiblərini geridə qoyaraq, region üzrə ən yüksək göstəriciyə nail olub.

Liseyin direktoru Nailə Məmmədova deyir ki, Hüseyn məktəbdə ən çox uğur qazanan şagirddir: “O, hətta “İlin Qızıl Şagirdi” adına layiq görülüb”.

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri mayın 19-da elan edilib. Final mərhələsinə 2253 məktəbli qatılıb. Onlardan 11-i qızıl, 19-u gümüş, 35-i bürünc medala sahib olub.

Sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Şərhlər bağlıdır.