Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər

2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib.

Mingəçevir Statistika İdarəsinin  rəisi Etibar Kərimov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, təqaüdçü Rizvan Mikayıllı  həyatlarını xalqın xidmətçisi kimi şərəfli işə həsr edən peşə sahiblərinə fikirlərini və bayram təbriklərini çatdırıblar.

Tədbirdə Respublika Dövlət İşçiləri Həmkarlar Komitəsi adından onun yerli nümayəndəsi Səbuhi Abbasova 50 illik yubileyi ilə bağlı Fəxri fərman və döş nişanı da təqdim olunub.

Şərhlər bağlıdır.