Ötən il Uşaqların Beynəlxalq Müdafiə günü Mingəçevir Dövlət Dram Teatrında yüksək səviyyədə qeyd edilsə də, bu il pandemiya ilə əlaqədar tədbiri keçirmək mümkün olmayıb. Lakin Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqları yaddan çıxarmayıb. Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər rəhbəri uşaqlara ən xoş, səmimi arzularını bildirib. Başçı vurğulayıb ki, şəhərdə fəaliyyət göstərən İnternat məktəbi, Uşaq nevroloji sanatoriyası, bağça və ümumtəhsil məktəbləri onun daim diqqətindədir: “Burada hər bir uşağın inkişafı, təhsili diqqətlə izlənilir, onlara hər cür dəstək verilir”.
Şəhərin 17 saylı “Fidan” körpələr evi-uşaq bağçasının balacaları isə videoçarx vasitəsilə yaşıdlarına təbriklərini yollayıblar.
Şərhlər bağlıdır.