Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heydər Əliyevin anım günü münasibətilə Ağdaşda silsilə tədbirlər həyata keçirilib

Gənclər mərkəzimizin kinozalında "Bizim kino: "Heydər Əliyev və Azərbaycan kinosu" sənədli filmini izləyiblər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.

İlk öncə Gənclər və İdman İdarəsinin, Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və nümayəndəliyimizin əməkdaş və gəncləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər qərənfillər düzüblər.

Daha sonra #GənclərimİZ Ağdaş rayon Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak ediblər. Muzeyin əməkdaşı Kəmalə Sadıqova onlara Ulu Öndərin keçdiyi həyat yolundan, rayonumuza səfərlərindən və ölkəmiz üçün göstərdiyi xidmətlərdən bəhs edib.

Sonda, gənclər mərkəzimizin kinozalında “Bizim kino: “Heydər Əliyev və Azərbaycan kinosu” sənədli filmini izləyib və onun mədəniyyətimizin inkişafına göstərdiyi xidmətlə yaxından tanış olublar.

Qeyd edək ki, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin vəfatından 19 il ötür.
Ümumilli Lideri hörmət və sevgiylə anırıq. Allah Rəhmət eləsin!

Şərhlər bağlıdır.