“Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib
Mingəçevir Media Mərkəzində şəhərdəki Heydər Məscidinin təşkilatçılığı ilə Peygəmbərin mövlud həftəsi çərçivəsində “Həzrəti Məhəmməd (s) mərhəmət peyğəmbəridir” mövzusunda gənclərlə görüş keçirilib. İlahiyyatçı Pünhan Hüseyn və Cavid Ələmdar, Mingəçevir Dövlət Universitetinin müəllimi, psixoloq İlhamə İsmayılova, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev mövzu ətrafənda fikirlərini bölüşüblər.
Onlar vurğulayıblar ki, bütün peyğəmbərlərin məqsədi insanları haqq yoluna qaytarmaq olub. Həzrəti Məhəmməd (s) isə bütün əziyyət və zülmlərə, hətta təhqirlərə dözərək, həyatını insanlara xidmətə, ədalətin bərqərar olunmasına həsr edib. Peyğəmbər bizə vətəni, torpağı sevməyi, şəhidliyə yüksəlməyi, anaya və qadına yüksək dəyər verməyi öyrədib.
Natiqlər Məhəmməd Peyğəmbər barədə dünyanın məşhur alimlərinin fikirlərini də çatdırıblar. Onu da vurğulayıblar ki, irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Bernard Şou sonuncu peyğəmbəri bəşəriyyətin xilaskarı adlandırıb.
Qeyd olunub ki, bu gün bir çox ölkələrdə hələ də qara dərili insanlara qarşı ayrı-seçkilik hökm sürür, amma Peyğəmbər öz dövründə ayrı seçkiliyə qarşı çıxırdı. O, deyirdi ki, insanın üstünlüyü hansı irqə, millətə, rəngə, ölkəyə məxsus olması ilə deyil, insaniyyəti ilə, Allahdan qorxusu və onun göstərişlərinə əməl etməsi ilə ölçülür. Bir zənci ki, insan yerinə qoyulmurdu, amma qul həyatı yaşayan Bilaş Həbəşini azad etməklə və azan verən səviyyəsinə qaldırmaqla Peyğəmbər insanlara başa saldı ki, hər kəs əməli ilə dəyərləndirilməlidir.
Bundan sonra tədbir iştirakçıları İslamın mahiyyətindən bəhs edən video filmi izləyib və şirniyyat süfrəsi arxasında söhbətlər aparıblar.
Şərhlər bağlıdır.